Strateji baxış və missiya

Strateji baxış:

Qiymətli kağızlar və törəmə maliyyə alətləri sahəsində ən yaxşı təcrübəni özündə cəmləşdirən, bazara dayanıqlı əməliyyat, hesablaşma və klirinq xidmətlərini göstərən, risklərin idarə edilməsini təmin edən mərkəzi depozitar təşkilatının formalaşdırılması.

 

Missiya:

Beynəlxalq standartlara uyğun müasir texnologiyaları tətbiq edərək mükəmməl əməliyyat-hesablaşma sistemlərinə malik olan, keyfiyyət baxımından yüksək, xərclər baxımından isə optimal tələbləri nəzərə alan depozitar, reyestrsaxlayıcı, klirinq və sərəncamçı xidmətlərinin göstərilməsi.