Rəna İsgəndərova

İdarə Heyəti sədrinin müavini

1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Birləşmiş Krallığın London Siti Universitetinin (City, University of London – CASS Business School) "Bank işi və beynəlxalq maliyyə" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) üzvlüyünə namizəddir.

2015-ci ildən maliyyə və audit sektorunda peşəkar fəaliyyətinə başlamış, "Deloitte & Touche" şirkətində audit mütəxəssisi kimi işləmişdir.

2015–2017-ci illərdə "Deloitte & Touche" şirkətində müxtəlif vəzifələri tutmuşdur.

2017-ci ildən etibarən karyerasına "Ernst & Young" şirkətində baş mütəxəssis və daha sonra audit üzrə menecer vəzifəsində çalışaraq davam etmişdir.

Bank sektorunda, maliyyə məlumatlarının və proseslərin düzgünlüyünün, etibarlılığının və uyğunluğunun təmin edilməsi sahəsində 7 ildən çox təcrübəyə malikdir.

2023-cü il (28 Sentyabr) Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.