Elçin Əlizadə

İdarə Heyətinin sədri

1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.

2007-ci ildən maliyyə sektorunda peşəkar fəaliyyətinə başlamış, "PAŞA Bank" ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi işləmişdir.

2009-cu ildə  Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsini almışdır.

2009–2019-cu illərdə "Ernst & Young Azərbaycan" şirkətində mütəxəssis, baş mütəxəssis, işçi qrupunun rəhbəri, menecer və baş menecer vəzifələrində çalışmışdır.

2020-ci ilin iyun ayından “PAŞA Bank" ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində çalışmışdır.

2022-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsini tutmuşdur.

2023-cü ilin fevral ayında İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsini icra etmişdir.

2023-2026-cı illərdə Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.

2025-ci ildə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilmişdir.

2026-cı il (07 yanvar) Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.