Elçin Quliyev

İdarə Heyətinin sədrinin müavini

Quliyev Elçin Bəybala oğlu 1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. 1981-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə və kredit  fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1981-ci ildə iqtisadçı olaraq başlamışdır.

1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur.

1984-1998-ci  illərdə SSRİ Dövlət Bankı  və Aqrar-Sənaye Bankında mühasib, iqtisadçı, daha sonra  böyük iqtisadçı vəzifələrində çalışıb.1998-1999-cu illərdə "İlkin Qeyri Bank Kredit Birliyi"-nin İdarə Heyətinin sədri vəzifəsində işləmişdir. 1999-2006-cı illərdə Sabirabad rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin rəisi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini, daha sonra rəisi vəzifələrində çalışıb. 2006-2015-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif  vəzifələrdə çalışmaqla,  2010-2015-ci illərdə həmin komitədə Aparat rəhbəri vəzifəsində çalışmışdır.

2012-ci  tarixində dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilmişdir. 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 63 saylı Sabirabad birinci seçki dairəsindən deputat seçilmişdir.

E.Quliyev 2018-ci il tarixində  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

2018-ci il tarixində Azərbaycan Respublikası Parlamentinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 24 dekabr tarixli 224-V saylı Sərəncamı ilə Milli Məclisinin "Parlament" medalı ilə təltif edilmişdir. 

2022-ci ilin yanvar ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir.