Müşfiq Əhmədli
İdarə Heyəti sədrinin müşaviri
1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sahələrinin iqtisadiyyatı" ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.
2010-cu ildə Heriot-Watt Universiteti və Edinburq Biznes Məktəbində "Biznesin idarə olunması" üzrə magistr dərəcəsi almışdır.
2013–2016-cı illərdə "Deloitte" şirkətində mütəxəssis, baş mütəxəssis, işçi qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
2016–2018-ci illərdə Qaradağ Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlili bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.
2018–2023-cü illərdə Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
2023–2024-cü illərdə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının təşkil etdiyi "Kapital Bazarları" proqramı üzrə Corc Vaşinqton Universitetində sertifikat dərəcəsinə yiyələnmiş və "CAIS" şirkətində təcrübə keçmişdir.
2024-cü ildən Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var.