Nağı Nağıyev
İdarə Heyətinin üzvü
1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2013–2016-cı illərdə Böyük Britaniyanın City University London universitetində «İnvestisiya və maliyyə risklərinin idarə edilməsi» proqramı üzrə maliyyə ixtisasında bakalavr təhsili almışdır.
2017-ci ilin sentyabr ayında Böyük Britaniyanın City University London universitetində «Layihələrin idarə edilməsi, maliyyə və risk» ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2018–2023-cü illərdə University College London universitetində təhsil alaraq fəlsəfə doktoru elmi dərəcəsi əldə etmişdir.
2020-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçmişdir.
2020-ci ildə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi əmək fəaliyyətinə başlamışdır.
2022–2023-cü illərdə London Metal Birjasında çalışmışdır.
2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.
2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra etmişdir.
2026-cı il (14 iyul) Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, üç övladı var.