Klirinq təşkilatı – onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edən, müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyət növü üzrə lisenziyaya malik olan və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir.
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mərkəzi depozitar müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.