Vakansiyalar

İT Təhlükəsizlik şöbəsinin Baş mütəxəssisi

Namizədə dair tələblər :
- Ali təhsil (İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya uyğun ixtisas üzrə);
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 3 il iş təcrübəsi;
- Windows Server, Active Directory, Linux, TCP/IP, VPN, Firewall, SIEM, EDR, PAM, IAM üzrə biliklər;
- ISO/IEC 27001, NIST CSF, CIS Controls və OWASP Top 10 üzrə bilikləri;
- Müasir kibertəhdidlər, təhlükəsizlik arxitekturası, identifikasiya və girişin idarə olunması, təhlükəsizlik monitorinqi, zəifliklərin idarə olunması və təhlükəsizlik əməliyyatları üzrə biliklər;

Əsas vəzifələr:
- İnformasiya təhlükəsizliyi siyasətlərinin icrasında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsini həyata keçirmək;
- Risklərin azaldılması üzrə tədbirlər hazırlamaq;
- Firewall, VPN, IDS/IPS və digər təhlükəsizlik sistemlərini idarə etmək;
- Şəbəkə təhlükəsizliyinə nəzarət etmək;
- SIEM sistemlərində təhlükəsizlik hadisələrini izləmək və təhlil etmək;
- Təhlükəsizlik insidentlərinin araşdırılmasında iştirak etmək;
- Kibertəhlükəsizlik insidentlərinə operativ reaksiya vermək;
- Endpoint təhlükəsizlik həllərini idarə etmək;
- İstifadəçi hüquqlarına nəzarət etmək;
- Active Directory təhlükəsizlik siyasətlərini tətbiqinə nəzarət etmək;
- İmtiyazlı istifadəçi hesablarının idarə edilməsini təşkil etmək etmək;
- MFA və digər autentifikasiya mexanizmlərini tətbiqini təşkil etmək;
- İnformasiya sistemlərinin təhlükəsizlik baxımından auditini təşkil etmək;
- Vulnerability Assessment və təhlükəsizlik yoxlamalarında iştirak etmək;
- Penetration test nəticələrinin icrasını izləmək;
- İnformasiya təhlükəsizliyi üzrə daxili prosedurlar hazırlamaq;
- İşçilər üçün kibertəhlükəsizlik maarifləndirilməsi tədbirlərində iştirak etmək;
- Yeni informasiya sistemlərinin təhlükəsizlik baxımından qiymətləndirilməsində iştirak etmək;
- Business Continuity və Disaster Recovery planlarının hazırlanmasında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üzrə normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- İnformasiya təhlükəsizliyi siyasətlərinin, prosedurlarının və standartlarının tətbiqində iştirak etmək və icrasına nəzarət etmək;
- Kibertəhlükəsizlik hadisələrinin monitorinqini aparmaq, insidentləri təhlil etmək və cavab tədbirlərini həyata keçirmək;
- SIEM, EDR, Firewall, IDS/IPS, PAM və digər təhlükəsizlik platformalarından əldə olunan məlumatları təhlil etmək;
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsində iştirak etmək və risklərin azaldılması üzrə tədbirlər hazırlamaq;
- İnformasiya təhlükəsizliyi üzrə hesabatlar və analitik arayışlar hazırlamaq.

Müraciət etmək istəyən şəxslərdən CV anketini recruitment@mdm.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Satınalma bölməsinin mütəxəssisi

Namizədə dair tələblər :
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunununu bilməsi;
- Məlumatların toplanması və təhlili təcrübəsi;
- Səliqəlilik və dəqiqlik;
- Kollektivdə işləmək bacarığı.

Əsas vəzifələr:
- Satın alınacaq malların (işlərin və xidmətlərin) qanunla tələb olunan müddətdə planlaşdırılması üçün tədbirlərin görülməsi və illik satınalma planının hazırlanmasında iştirak edilməsi;
- Satın alınacaq malların (işlərin və xidmətlərin) iş həcmlərinin və şərtlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti struktur bölmələrdən məlumatlar tələb edilməsi və alınması, layihə (texniki) tapşırıqlara dair rəy və təkliflərin verilməsi;
- Alınacaq malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satın alınmasının təşkili üçün sənədləşmələrin təmin edilməsi, ehtimal olunan qiymətlərin hesablanması;
- Keçirilən satınalma müsabiqələrinin şərtlərinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin və məlumatların ümumiləşdirilərək tender komissiyasına təqdim edilməsi;
- Elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının cavablandırılması və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsi;
- Tender (kotirovka) təkliflərinin qiymətləndirilməsi və müqayisəsində iştirak edilməsi;
- Zərurət olduqda satın alınması planlaşdırılan malların (işlərin və xidmərlərin) bir mənbədən satınalma metodunun tətbiqinə uyğun olub-olmamasının araşdırılması və əsaslandırılmasında iştirak edilməsi;
- Qurumun təchizatçılarla əlaqəsi kimi xidmət edilməsi;
- Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət edilməsi.

Müraciət etmək istəyən şəxslərdən CV anketini recruitment@mdm.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.