Share

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıda qeyd olunan LOT üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.

  1. LOT 1: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi üçün İnsan resursları və Elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması  və veb saytın yenilənməsi işlərinin satınalınması.

Tender proseduru 23 iyul 2021-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.

       2. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

       3. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikasının  Milli Depozit Mərkəzinin aşağıdakı hesabına 200 (İki yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi

Kod: 805722, VÖEN 9900001881

Hesab: AZ95IBAZ38060019449319509204

Müxbir hesab:  AZ03NABZ01350100000000002944  

S.W.I.F.T. IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

      4. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri  təqdim etməlidirlər:

  • Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi);
  • İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
  • Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
  • İddiaçının Rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
  • Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
  • İddiaçının Nizamnaməsi;
  • Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
  • Qeydiyyatdan keçdiyi ölkə
  • İddiaçının ixtisas uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
  • Azərbaycan dilində tender təklifi (tender təklifi 03 sentyabr 2021-ci il tarixinədək qüvvədə olmalıdır);
  • tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

        5. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 22 iyul 2021-ci il saat 15:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 12 iyul2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

       6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

       7. Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) iş günü müddətində təqdim edilməlidir.

       8. Qiymətləndirmə meyarı: qiymət və texniki göstəricilər üzrə.

       9. Əlaqələndirici şəxslər:

biznes üzrə - Leyla Qaralova, tel.012-538-31-90 (1300), e-mail: leyla.garalova@mdm.gov.az   ;

texniki məsələlər üzrə - Məmmədyar Novruzov, tel. 012-538-31-90 (1101), e- mail:mammadyar.novruzov@mdm.gov.az

     10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal   vasitəsilə  verilir.

     11. Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.