21 aprel 2021-ci il tarixində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilmişdir.
Məlumat üçün bildiririk ki, “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-yə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 aprel 2021-ci il tarixində müvafiq lisenziya verilmişdir. Yeni üzvün nizamnamə kapitalı 400 min manat təşkil edir.
Bununla da, Milli Depozit Mərkəzinin üzvü olan investisiya şirkətlərinin sayı 11 çatıb.