Paylaş

2022-ci ilin oktyabr ayında “Capital Partners İnvestisiya Şirkəti” QSC Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilmişdir.

Məlumat üçün bildiririk ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə  Azərbaycan Respublikasının  Mərkəzi Bankı tərəfindən 22 iyun 2022-ci il tarixində müvafiq lisenziya verilmişdir. Yeni üzvün nizamnamə kapitalı 400 min manat təşkil edir.

Bununla da,  Milli Depozit Mərkəzinin üzvü olan investisiya şirkətlərinin sayı 12 çatmışdır.