İDARƏ HEYƏTİNİN SƏDR MÜAVİNİ

Adıgözəlov Fərhad Əsgər oğlu


Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu  ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil almış və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlamış, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə  Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini təyin edilmişdir.