Noyabr ayı ərzində MDM-in ödəniş agenti kimi fəaliyyəti
2020-ci ilin noyabr ayı ərzində Milli Depozit Mərkəzi ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə kupon ödənişlərini həyata keçirmişdir.
- Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 62 781 609 AZN
- Embafinance 2 istiqraz buraxılışı üzrə 1 022 500 AZN
- BTB Bank 1 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 33 750 AZN
- Ferrum Kapital 1 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 26 050 AZN təşkil etmişdir.