Sentyabrın 27-dən başlanmış və 44 gün davam edən Vətən Müharibəsi böyük zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin edildi.Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlar arasında, həmçinin Milli Depozit Mərkəzinin əməkdaşı  var.

Onu tanıyaq!

Həsənov Elxan İlqar oğlu, Azərbaycan Respublikasının Fizuli, Xocavənd, Xocalı, Şuşa rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.