24 dekabr 2020-ci il tarixində nominal qiyməti 100 ABŞ dolları, tədavül müddəti 3 il, illik gəlirliliyi isə 4% olan “AzerGold” QSC tərəfindən buraxılan istiqrazların birinci faiz ödənişləri həyata keçirilib. Ödənişlərin ümumi məbləği 200 000 ABŞ dolları təşkil etmişdir.

Qeyd edək ki, 2020-ci ildə buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir.