Depozitar sisteminin dayanıqlığını, təhlükəsizliyini, hesabların funksionallığını, eyni zamanda istifadəçilər üçün açıq məlumatların əldə edilməsinin rahatlığını təmin etmək məqsədilə Milli Depozit Mərkəzi tərəfindən mərkəzi depozitar sistemində (CS/DR) bir sıra dəyişikliklər edilmişdir. Belə ki, dəyişikliklərdə şəxslərə dair bütün məlumatların bir pəncərədən idarə edilməsi, investisiya şirkətləri və MDM tərəfindən açılacaq depo hesablarının təsnifatlaşdırılması nəzərdə tutulub. Eyni zamanda, Daxili İşlər Nazirliyinin İAMAS və Mərkəzi Bankın müvafiq sistemləri ilə inteqrasiya təmin edilmişdir.

Qeyd edək ki, sistemdə ediləcək növbəti dəyişikliyin marja və portfel hesablarının açılması ilə əlaqədar olması nəzərdə tutulur.