7 - 11 dekabr 2020-ci il tarixlərində Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində Avropa Şurasının Moneyval Komitəsi tərəfindən aparılacaq növbəti raund Milli Risk Qiymətləndirməsi prosesinə hazırlıq çərçivəsində beynəlxalq ekspertin iştrakı ilə videokonfrans təşkil edilmişdir. Videokonfrans zamanı yerli aidiyyəti qurumların və monitorinq subyektlərinin nümayəndələri ilə müsahibə və müzakirələr aparılmışdır.

Milli Depozit Mərkəzi (MDM) 7 - 8 dekabr tarixlərində keçirilən onlayn görüşlərdə PL/TMM üzrə mütəxəssis tərəfindən təmsil olunmuşdur. Həmin görüşlərdə digər dövlət qurumlarının nümayəndələri, o cümlədən Maliyyə Monitorinq Xidməti və Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak etmişlər.

Videokonfransda FATF-ın müvafiq Tövsiyyələri və Metodologiyası əsas götürülərək Azərbaycanda PL/TMM və buna dair risklərin qiymətləndirilməsi, eləcə də hüquqi̇ şəxslər və təsi̇satlarla bağlı şəffaflıq və benefi̇si̇ar mülki̇yyət mövzularında ətraflı müzakirələr aparılmış, müxtəlif keyslərə və müəssisələr tərəfindən aparılmış risk qiymətləndirilmələrində ortaya çıxmış məsələlərə toxunulmuşdur. MDM-in nümayəndəsi müvafiq mövzular üzrə fikir mübadiləsində iştirak etmiş, qiymətli kağızlar ilə əlaqəli ekspert tərəfindən ünvanlanmış sualları cavablandırmışdır.