Milli Depozit Mərkəzi tərəfindən 2020-ci ilin noyabr ayı ərzində qeydə alınmış qiymətli kağızlar üzrə əqdlərin say və həcm göstəriciləri açıqlanıb. Beləliklə, ötən ay ərzində 461 birja əqdi, 89 birjadankənar əqd qeydə alınmışdır. Həcm göstəricilərinə gəlincə, birja və birjadankənar əqdlərin həcmi müvafiq olaraq 1.008.754.727,30 manat və 194.726.999,54 manat təşkil edib. Repo əqdlərinin say göstəricisi 99, həcm göstəricisi isə 183.246.056,18 manat olub.

Qeyd edək ki, birja əqdləri üzrə ilkin bazar əqdləri həcm üzrə daha çox olsalar da, birjadankənar təkrar bazarda qeydə alınmış əqdlər ilkin bazar əqdlərinə nisbətdə üstünlük təşkil edir.

Əqdlər üzrə say və həcm göstəriciləri qrafikdə daha ətraflı şəkildə verilmişdir: http://mdm.gov.az/az