30 noyabr, 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nın istiqrazlarının ikinci tranşının yerləşdirməsi üzrə hərrac keçirilmişdir. İstiqrazın nominal dəyəri  100 ABŞ dolları, ümumi miqdarı 100 000, illik faiz dərəcəsi 4%, tədavül müddəti isə 3 ildir. İstiqrazlar üzrə ödənişlərin investorlara ödənilməsi Milli Depozit Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, "AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.