“MFX Trading İnvestisiya şirkəti” ASC Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, “MFX Trading İnvestisiya şirkəti” ASC-yə Azərbaycan Respublikasının  Mərkəzi Bankı tərəfindən 19 oktyabr 2020-ci il tarixində müvafiq lisenziya verilmişdir. Yeni üzvün nizamnamə kapitalı 500 min manat təşkil etməklə, qanuni təmsilçisi Zahir Dünyamalı oğlu Abdullayev, Müşahidə Şurasının sədri İbrahim Ziyad oğlu Səfərzadə, üzvləri isə İdris Elman oğlu Məmmədov və Anar Malik oğlu Təhməzovdur.

Qeyd edək ki, hazırda 10 investisiya şirkəti və 8 kommersiya bankı Milli Depozit Mərkəzinin üzvüdür.