Qiymətli Kağızlar üzrə Xidmətlər Beynəlxalq Assosiasiyası (ISSA) dünyanın aparıcı konsaltinq şirkəti Oliver Wyman ilə əməkdaşlıqda “Qiymətli kağızlar bazarının gələcəyi barədə” məqalə dərc edib. Məqalədə qiymətli kağızlar sahəsinin növbəti 10 il ərzində əsas amilləri, baş verəcək dəyişikliklər və təşkilatların həmin dəyişikliklərə uyğunlaşması təhlil edilib. Araşdırmalar nəticəsində məlum olub ki, investor davranışı, texnologiyalar və texnoloji rəqabətdə baş tutacaq dəyişikliklər böyük ehtimalla sahəyə əhəmiyyətli təsir göstərəcəklər. Digər araşdırılan amillər əsas xərclərin artması, yeni inkişaf yolları, sənayeyə dəyən ziyan və COVID-19 pandemiyasından əldə edilən erkən dərslər olmuşdur.

Qlobal geosiyasi qeyri-müəyyənlik qlobal qiymətli kağızlar sahəsinin regional səviyyədə parçalanma riskini artırır. Araşdırmalar göstərir ki, qlobal biznes modellərini qoruyub saxlaya bilən, süni intellekti geniş tətbiq edən, alternativ və rəqəmsal aktivlərin axınını artıran və inkişaf edən bazarlarda böyük regional nümayəndəliklərə malik olan şirkətlər öz bizneslərini genişləndirmək imkanını əldə edəcəklər. Həmçinin yuxarıda qeyd edilənləri tədbiq edən şirkətlər göstərilən xidmətlərin təkmilləşdirilməsi, yeni məhsul və xidmətlərə investisiyaların qoyulması nəticəsində yeni gəlirlər əldə etmək imkanını qazanacaqlar. Sonda belə bir nəticəyə gəlmək olar ki, biznes modeli, miqyas və coğrafi əhatə dairəsindən asılı olaraq qiymətli kağızlar bazarının iştirakcıları üçün dörd strateji amillər əsas əhəmiyyət kəsb edəcək: texnoloji dəyişikliklər, xərclərin artması, yeni inkişaf yolları və COVID -19 pandemiyası.

Qeyd edək ki, ISSA-nın əsas məqsədi fond bazarlarında depozitar, hesablaşma fəaliyyətinin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. Milli Depozit Mərkəzi 23 oktyabr 2008-ci il tarixindən ISSA-nın üzvüdür.

Ətraflı:http:// https://www.issanet.org/e/pdf/ISSA_Future_of_the_Securities_Services_Industry_final_Nov20.pdf