21 oktyabr 2020-ci il tarixində Rusiyanın Milli Klirinq Mərkəzi(NCC)  ABŞ-ın Vergi Xidməti tərəfindən İxtisaslaşdırılmış vasitəçi (Qualified Intermediary) lisenziyasını əldə edib.
 
İxtisaslaşdırılmış vasitəçi statusu "NCC"yə xarici emitentlər tərəfindən buraxılan qiymətli kağızlarla Moskva Fond Birjasında bağlanan əqdlər, o cümlədən repo əməliyyatları üzrə vergi agenti funksiyalarını həyata keçirmək imkanını verəcək. "NCC"nin yeni statusu peşəkar iştirakçıların işinin rahatlığını təmin edəcək və Moskva birjasında xarici qiymətli kağızlarla əməliyyatların keçirilməsi üçün imkanları genişləndirəcək.
 
Qeyd edək ki, Rusiya Milli Klirinq Mərkəzi(NCC) 2006-cı ildə təsis edilib və Moskva birjası qrupuna daxildir. "NCC" Rusiya maliyyə bazarında klirinq təşkilatı və mərkəzi kontragent kimi fəaliyyət göstərir.

Mənbə:https://www.moex.com/n30712/?nt=201