23 oktyabr 2020-ci il tarixində “ABB - İnvest investisiya şirkəti” QSC  Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilmişdir. “ABB-İnvest İnvestisiya Şirkəti" 12 iyun 2020-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən təsis edilib. Şirkətin nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir.

Qeyd edək ki, hazırda 9 investisiya şirkəti və 8 kommersiya bankı Milli Depozit Mərkəzinin üzvüdür.