8 Oktyabr 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin Fond Birjalarının on dördüncü onlayn Konfransı baş tutmuşdur. İstanbul Fond Birjası tərəfindən təşkil olunan konfransda, 24 ölkənin Fond Birjaları, 8 Post-Ticarət təşkilatları, 13 beynəlxalq qurumlar və Milli Depozit Mərkəzinin əməkdaşları olmaqla, 135 nümayəndə iştirak etmişdir.

Qeyd edək ki, İƏT Birjalarının Forumu,  İƏT İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMEC) təşəbbüsü ilə 2005-ci ildə təsis edilmişdir. Forumun təsis edilməsində əsas məqsəd İƏT-ə  üzv olan ölkələrin birjaları ilə post-ticarət qurumları arasında əməkdaşlıq imkanlarının yaradılması və genişləndirilməsidir.