19 oktyabr 2020-ci il tarixində nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının il üzrə 4-cü faiz ödənişləri həyata keçirilib. Ödənişlərin ümumi məbləği 1 milyon 250 min dollar təşkil etmişdir.

Qeyd edək ki, 2016-ci ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir.