24 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC tərəfindən buraxılan istiqrazların yerləşdirməsi üzrə hərrac keçirilmişdir. İstiqrazın nominal dəyəri 100 ABŞ dolları, ümumi miqdarı 100 000, illik faiz dərəcəsi 4%, tədavül müddəti isə 3 ildir. İstiqrazlar üzrə ödənişlərin investorlara ödənilməsi Milli Depozit Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, "AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib və ölkə ərazisində qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.