Türkiyənin Mərkəzi Depozitarı öz müştərilərinə yeni xidmətlərini təqdim edib
Türkiyə Mərkəzi Depozitarı (MKK) elektron xidmətlərin təkmilləşdirilməsi çərçivəsində yeni “E-investor” və “ Məlumatların təhlili platforması” tədbiqlərini təqdim etmişdir. “E-İnvestor” və “Məlumatın Təhlili Platforması” şəbəkə əsaslı tətbiqlərdir.
E-investor - MKK sistemində investorlara hesaba baxış və balansda olan alətlər ilə müvafiq əməliyyatlar aparmaq imkanlarını verən tədbiqdir. Tədbiq vasitəsi ilə investor qiymətli kağızların ISIN kodu, miqdarı, nominal dəyəri və digər məlumatları əldə edə, eyni zamanda onları dondura və dondurmadan azad edə bilər. Həmçinin e-investor istifadəçiləri sahib olduğu səhmlərin emitenti haqqında müvafiq məlumatları əldə edə bilərlər.
Məlumatın Təhlili Platforması - burada istifadəçilər yerləşdirilmiş səhmlərin ümumi sayı, investor və hesab məlumatları (qiymətli kağızların növü, ünvan və s.) kimi kapital bazarlarına dair məlumatlara baxış imkanını əldə edəcəklər. Fərqli bazarlara (səhmlər və ya istiqrazlar) əsaslanan məlumatlar da həmçinin bu platformada verilir.
Mənbə: https://www.mkk.com.tr/en-us/Pages/home.aspx