Milli Depozit Mərkəzinin Müşahidə Şurasının 06 avqust 2020-ci il tarixli qərarı ilə, başqa işə keçməsi ilə əlaqədar olaraq, Araz Əliyev MDM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdir. Həmin tarixli qərar ilə MDM-in İdarə Heyətinin yeni sədri vəzifəsinə Adışırin Qasımov təyin edilmişdir.

Qasımov Adışirin Firudin oğlu uzun illər Mərkəzi Bankın Hesablaşmalar və Bazar əməliyyatları departamentləri daxil olmaqla bir neçə departamentdə direktor vəzifəsində, 2009-2016-cı illərdə isə Maliyyə Monitorinqi Xidmətinin direktoru vəzifəsində çalışmışdır və 6 avqust 2020-ci il tarixinədək Mərkəzi Bankın Nağd pul departamentinin rəhbəri vəzifəsində işləyirdi.