Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə koronavirus pandemiyasının qarşısının alınması üzrə vətəndaşların sağlamlığının, təhlükəsizliyinin və sosial rifahının qorunması istiqamətində ölkədə vaxtında və düzgün həyata keçirilən tədbirlərə görə təşəkkür məktubu ünvanlamışdır.

Məktubda cənab Prezidentin rəhbərliyi altında aparılan davamlı islahatların və sosial-iqtisadi tədbirlərin ölkədə maliyyə sabitliyinin təmin edilməsinə səbəb olması vurğulanmaqla, hazırkı vəziyyətdə dövlət tərəfindən adi vətəndaşlara və sahibkarlara göstərilən dəstəyin maliyyə sektorunda daha qabarıq gözə çarpması qeyd olunmuşdur.

Eyni zamanda qeyd olunmuşdur ki, Milli Depozit Mərkəzi cənab Prezidentin çağırışlarına qoşularaq aztəminatlı ailələrə yardım təşəbbüsünə qoşulmuş, bəzi rayonlar üzrə aztəminatlı ailələrə yardımlar paylanmışdır.