Milli Depozit Mərkəzi tərəfindən 2020-ci ilin I rübü ərzində qeydə alınmış qiymətli kağızlar üzrə əqdlərin say və həcm göstəriciləri açıqlanıb. Beləliklə, 2020-ci ilin yanvar-mart ayları ərzində Milli Depozit Mərkəzində 916 birja əqdi, 98 birjadankənar əqd qeydə alınmışdır. Həcm göstəricilərinə gəlincə, birja və birjadankənar əqdlərin həcmi müvafiq olaraq 1,653,494,716.52 manat və 82,644,046.78 manat təşkil edib. Repo əqdlərinin müvafiq dövr üzrə ümumi say göstəricisi 232, həcm göstəricisi isə 422.461.933,75 manat olub. 2019-cu ilin analoji dövrü ilə müqayisədə birja və birjadankənar əqdlərin say və həcm göstəriciləri üzrə azalma müşahidə olunsa da, repo əqdləri üzrə böyümə qeydə alınıb.

Qeyd edək ki, cari ilin birinci rübündə həm birja, həm də birjadankənar təkrar bazarda qeydə alınmış əqdlər ilkin bazar əqdlərinə nisbətdə say və həcm üzrə üstünlük təşkil edir.

Analitik hesabat ilə daha yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz: http://mdm.gov.az/az/eqdler-uzre-hesabatlar