Milli Depozit Mərkəzində təcrübə
Milli Depozit Mərkəzi "Sistem inzibatçısı üzrə təcrübəçi" və "Proqramlaşdırma üzrə təcrübəçi" vakansiyasını elan edir.
İş barədə məlumat:
- Əmək haqqı: 100-300 AZN
- İş yeri: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
İşçinin vəzifələri:
- Proqram təminatının layihələndirilməsi, hazırlanması, test edilməsində fəal iştrak etmək;
- Proqram təminatının sənədlərinin hazırlanmasında fəal aktivlik göstərmək;
- Texniki dəstəyin göstərilməsi işlərinə kömək etmək.
Namizədə dair tələblər:
- Kompyuter elmləri, kompyuter mühəndisliyi və ya əlaqəli bakalavr təhsili və ya sonuncu kurs tələbələri;
- İş təcrübəsinə ehtiyac yoxdur;
- İşində məsuliyyətli olmaq.
Tələb olunan bilik və bacarıqlar:
- İlkin riyazi biliklər və məntiq
Maraqlanan namizədlərdən CV-lərini intern@mdm.gov.az ünvanına göndərmələri xahiş olunur. CV göndərilərkən mövzu yerinə “təcrübə proqramı” qeyd edilməlidir. Seçilmiş namizədlər ilə əlaqə saxlanılacaqdır.