Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi kotirovka sorğusu elan edir.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıda qeyd olunan LOT üzrə kotirovka sorğusu üsulu ilə satınalma keçirir.

LOT 1: Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin H.Zərdabi 2A ünvanında yerləşən binasında Təsərrüfat mallarının satınalınması.

1.Kotirovka sorğusu 26 oktyabr 2021-ci il tarixində saat 14:00-da Milli Depozit Mərkəzinin Bakı şəhəri, Yasamar rayonu, H.Zərdabi 2A ünvanında yerləşən ofisində keçiriləcəkdir.

2.Kotirovka sorğusunda yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4.Kotirovka sorğusunda iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi);
  • İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
  • İddiaçının Rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
  • İddiaçının Nizamnaməsi;
  • Azərbaycan dilində kotirovka təklifi (kotirovka təklifi 09 dekabr 2021-ci il tarixinədək qüvvədə olmalıdır);

5. Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən sifariş əsasında 2 (İki) ayərzindətəqdim edilməlidir.

6.Qiymətləndirmə meyarı: qiymət və keyfiyyət göstəriciləri üzrə.

7.Əlaqələndirici şəxs:

Elnur Muradov, e-mail: elnur.muradov@mdm.gov.az