30 iyun 2021-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə yerli bazarda istiqraz emissiyası layihəsi ilə bağlı onlayn formatda tədbir keçirilib. Tədbir AYİB tərəfindən Azərbaycanda korporativ istiqraz bazarının dəstəklənməsi məqsədilə başlanmış yeni layihə çərçivəsində təşkil edilib. Qeyd edək ki, layihənin məqsədi AYİB tərəfindən seçilmiş şirkətlərin kütləvi təklif üsulu ilə korporativ istiqraz emissiyasının təşviq edilməsi və həmin istiqrazlara investisiyanın edilməsidir.

      Tədbirdə AYİB nümayəndələri, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının əməkdaşları, eləcə də yerli şirkətlərin nümayəndələri iştirak etmişlər.