23-25 iyun 2021-ci il tarixlərində Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyasının (AECSD) təşkilatçılığı ilə Mərkəzi Depozitarlar üçün onlayn seminar keçirilmişdir.

Seminarda Milli Depozit Mərkəzi olmaqla 20-dən çox ölkədən məruzəçi və yüzdən yuxarı nümayəndə iştirak etmişdir.

Tədbirin əsas məqsədi üzv ölkələrin mühasibat uçotu sistemlərinin modelləri üzrə təcrübə mübadiləsini aparmaq, maliyyə bazarlarının inkişafı və inteqrasiyası üçün tərəfdaşlıq əlaqələrini gücləndirməkdir.

Həmçinin, onlayn seminarda üçtərəfli xidmətlər və qiymətli kağızların borc verilməsi, xarici nominal saxlayıcılar üçün xidmət sxemlərinin, ISO 15022 və 20022 formatında məlumatların təqdim edilməsi, elektron IPO və investisiya fondlarının idarə edilməsi  mövzuları ətrafında müzakirələr aparılmışdır.

İştirakçı depozirlarların gələcək fəaliyyətlərində prioritet hədəflər olaraq yeniliklərin tətbiqi, maliyyə sabitliyinin möhkəmləndirilməsi və əməliyyat etibarlılığının artırılması qeyd edilmişdir.