2-3 iyun 2021-ci il tarixlərində Avropa İttifaqı/Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II “Azərbaycanda pulların leqallaşdırılmasına (PL) qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində “Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi üzrə çıxarılmış nəticələr və əsas çətinliklər” mövzusunda video konfrans formatında seminar keçirilib. Seminarda MRQ-nin mahiyyəti və prinsipləri, transsərhəd PL sisteminin, terrorçuluq və terrorçuluğa qarşı mübarizəyə yönəlmiş təhdidlərin risk qiymətləndirilməsi və MRQ-nin həyata keçirilməsi ilə bağlı çətinliklər kimi mövzularda beynəlxalq ekspert Klaudiyo Stroliqo tərəfindən təqdimatlar edilib və bu çərçivədə yaranmış suallar ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

TədbirəMRQ-nin dövri qaydada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmış Koordinasiya Şurasında təmsil edilən bütün müvafiq dövlət orqanları və qurumlarının məsul əməkdaşları, o cümlədən MDM-in nümayəndələri qatılıb.