“Euroclear” səhmdarların identifikasiyası üzrə Fransa, Belçika və Hollandiyada yerləşən mərkəzi depozitarları üzərindən “InvestorInsight ™” adlı yeni xidməti istifadəyə verib .

“InvestorInsight ™” emitentlər və vasitəçi qurumlar üçün nəzərdə tutulmuş bulud əsaslı xidmətdir. Təqdim olunmuş xidmət yeni Səhmdarların Hüquqları Direktivi II ilə müəyyən edilmiş standartlara uyğun olaraq rahat veb-poqram vasitəsi iləemitentlərə məlumatın açıqlanması ilə bağlı sorğuları idarə etmək və bütün səhmdarlar barədə tam təsvir almaq imkanını verəcək.

Səhmdarlardan gələn bütün cavabların monitorinqini və toplanmış məlumat əsasında hesabatların hazırlanmasını təmin edən bu xidmət növü şəffaflığı qoruyaraqemitentlər üçün korporativ idarəetmənin və investor bazası ilə komunikasiya prosesinin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacaq. 

Emitentlər və vasitəçi qurumlar ilə sıx əməkdaşlıq edərək pilot mərhələsində130-dan çox ölkədən 300 000-dən artıqsəhmdar identifikasiya edilmişdir, 600 vasitəçi qurum “InvestorInsight”-a qoşulmuşdur.

Mənbə - https://www.euroclear.com/newsandinsights/en/press/2021/2021-mr-10-euroclear-rolls-out-new-shareholder-identification-service.html