2021-ci ilin mart ayı ərzində emitentlər tərəfindən 118 investora kupon ödənişləri həyata keçirilmişdir. Kupon ödənişlərin həcmi 52.4 mln AZN və 22.1 mln ABŞ dolları təşkil etmişdir və Milli Depozit Mərkəzi ödəniş agenti funksiyasını icra etmişdir.

Kupon ödənişləri həyata keçirən emitentlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzerGold QSC, BOKT Embafinance QSC, Paşa Yatırım Bankası, UniBank ASC, Ferrum Kapital MMC, Bank BTB ASC şirkətləri olmuşdur.