29 mart 2021-ci il tarixində nominal qiyməti 100 ABŞ dolları, tədavül müddəti 3 il, illik gəlirliliyi isə 4% olan “Azer Gold” QSC tərəfindən buraxılan istiqrazlarının ikinci faiz ödənişləri həyata keçirilmişdir. Ödənişlərin ümumi məbləği 200 000 ABŞ dolları təşkil etmişdir.

Qeyd edək ki, 2020-ci ildə buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir və istiqrazlar üzrə birinci faiz ödənişi 24 dekabr 2020-ci il tarixində baş tutmuşdur.