2021-ci ilin fevral ayı ərzində Milli Depozit Mərkəzi ödəniş agenti qismində ümumilikdə 43 investor üzrə 52 924 029 AZN məbləğində kupon ödənişlərini həyata keçirmişdir. Belə ki,

   1.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə kupon ödənişlərinin ümumi məbləği 52 883 667 AZN təşkil etmişdir;

   2. BOKT Embafinance QSC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 13 750 AZN təşkil etmişdir;

   3.Bank “BTB” ASC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 562 AZN təşkil etmişdir;     

   4.Ferrum Kapital MMC-nin 1 istiqraz buraxılışı üzrə kupon ödənişinin ümumi məbləği 26 050 AZN təşkil etmişdir.