17 fevral 2021-ci il tarixində “Milli Risk Qiymətləndirilməsi” çərçivəsində “Digər maliyyə institutları üzrə risklərin qiymətləndirilməsi” qrupunun ilk iclası videokonfrans formatında keçirilmişdir. Videokonfrans zamanı milli səviyyədə PL/TM təhdidlərinin və zəifliklərinin müəyyən edilməsi və qiymətləndirilməsi məsələləri, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər müzakirə edilmişdir. Həmçinin, Milli Fəaliyyət Planında yer alan uzunmüddətli hədəflərin icrası mövzularına toxunulmuş, yerli aidiyyəti qurumların və monitorinq subyektlərinin nümayəndələrinə sahəvi risk qiymətləndirilməsinə dair tapşırıqlar verilmiş, bu çərçivədə yaranmış suallar ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Videogörüş zamanı aidiyyəti qurumlar, o cümlədən MDM tərəfindən Milli Risk Qiymətləndirilməsi metodologiyasına dair rəy və təkliflərin hazırlanıb müvafiq işçi qrupuna təqdim edilməsi müəyyən olunub. Həmçinin, PL/TM-ə qarşı mübarizəyə dair siyasət və strategiyanın təkmilləşdirilməsi üzrə müzakirə aparılıb.

Eyni zamanda, Milli Risk Qiymətləndirilməsi çərçivəsində MDM tərəfindən qiymətli kağızlardan PL/TM sahəsində qeyri-qanuni məqsədlər üçün istifadəyə dair strateji araşdırma və təhlillərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Milli Risk Qiymətləndirilməsi Dünya Bankının Risk Qiymətləndirmə metodologiyası əsasında aparılacaqdır.