2-4 Fevral 2021-ci il tarixlərində Clearstreamın təşkilatçılığı ilə “Qlobal Maliyyələşdirmə" mövzusunda onlayn sammit keçirilmişdir. Tədbirdə Avropa, Asiya və ABŞ-dan 43 məruzəçi olmaqla, 1353 nümayəndə iştirak etmişdir.

Gündəliyin “ Hamı üçün ekosistem” mövzusu çərçivəsində  maliyyə bazarları sahəsində beynəlxalq təcrübəyə malik peşəkarlar öz təcrübələrini paylaşaraq, sektorda son tənzimləyici tədbirlər və mövcud inkişafla bağlı fikirlərini bölüşdülər həmçinin,  yeni texnologiyalarla bağlı problemləri və imkanları araşdırdılar.

İlk günün panel müzakirələri klirinq və marja, investorların bazarda birbaşa iştirakı mövzularını əhatə etmişdir.Tədbirin son günü iştirakçılar repo və qiymətli kağızların borc verilməsi, bazar tendensiyalarını, tənzimləyici təsirləri və investorların yeni məqsədlərini, habelə maliyyələşdirmədə  müxtəliflik və inkluzivlik mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, GFF sammiti zəmanətli maliyyələşdirmə və qiymətli kağızların borc verilməsi üzrə mühüm beynəlxalq tədbirlərdən biridir və Deutsche Börse Group tərəfindən hər il təşkil olunur.