2-4 Fevral 2021-ci il tarixlərində Clearstreamın təşkilatçılığı ilə“Qlobal Maliyyələşdirmə" mövzusunda onlayn sammit keçirilmişdir. Tədbirdə maliyyə bazarları sahəsində beynəlxalq təcrübəyə malik peşəkarların çıxışları yer almışdır. Sammitə MDM-in əməkdaşları da qoşulmuşdurlar.

Tədbirdə açılış nitqi ilə “Deutsche Börse Group”-un İhdarə Heyətinin üzvü  Stefan Leyzner və “Clearstream” bankının direktoru Tilman Feçter çıxış etdilər.

Sammitdə  klirinq, marja ticarəti, qiymətli kağızların likvidliyi, Avropa ilə Birləşmiş Ştatların kapital bazarlarının müaqayisəsi, müsbət və mənfi tərəflərin araşdırılması,  Covid-19, Breksit böhranı və bununla bağlı monetar siyasətin təhlili və bazara təsiri, Mərkəzi Bankların repo əməliyyatları, qiymətli kağızların borc verilməsi və digər mövzular üzrə fikir mübadiləsi apralılmışdır. Əsas çıxışlardan əlavə panel müzakirələri də təşkil edilmişdir.

Qeyd edək ki, “Clearstream” qiymətli kağızların saxlanması və hesablaşma xidmətlərini göstərən beynəlxalq mərkəzi depozitar təşkilatlarından biridir. “Clearstream” 110 ölkədən olan  2500-dən çox müştəriyə xidmət göstərir.