Yanvar ayı ərzində MDM-in ödəniş agenti kimi fəaliyyəti
2021-ci ilin yanvar ayı ərzində Milli Depozit Mərkəzi ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə aşağıdakı kupon ödənişlərini həyata keçirmişdir.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 11 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 34 285 514 AZN təşkil etmişdir;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 3 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 2 987 500 AZN təşkil etmişdir;
- BOKT Embafinance QSC-nin 1 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 13 750 AZN təşkil etmişdir;
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 1 250 000 USD təşkil etmişdir;
- Ferrum Kapital MMC- nın 1 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 26 050 AZN təşkil etmişdir.