20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Milli Depozit Mərkəzinin( MDM) kollektivi  Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərimizin unudulmaz xatirəsini dərin  hörmət və ehtiramla yad ediblər.