27.07.2018-ci il tarixində MDM-də Koreyanın Qiymətli Kağızlar Depozitarının (KSD) nümayəndəsi Jae Vunq Kim və Koreya İnkişaf İnstitutunun (KDI) nümayəndəsi Haoaram Kim ilə görüş keçirilmişdir.Göruşdə Koreyanın Maliyyə və Strategiya Nazirliyi, Koreya İnkişaf İnstitutu, Koreyanın Ticarət və İnvestisiyalar Agentliyi və Koreyanın İxtac və İdxal Bankı tərəfindən hazırlanmış “Biliyin paylaşma proqramı” təqdim olunmuşdur. Proqram çərçivəsində məsləhətləşmə siyasəti, beynəlxalq təşkilatlarla birgə məsləhətlər,Koreyanın inkişaf təcrübəsi və digər mövzular ətraflı müzakirə olunmuşdur.
Qeyd edək ki, 2004-ci ildə yaranan “Biliyin paylaşma proqramı” Russiya,
Özbəkistan, Ruminiya və bir çox digər olkələrin təşkilatlarına dəstək olub və müsbət nəticələr göstərib.