Xəbərlər
Milli Depozit Mərkəzində Clearstream təşkilatının nümayəndəsinin iştirakı ilə seminar keçirilmişdir

13 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) dünya üzrə ən iri beynəlxalq depozitar təşkilatlardan biri Clearstream təşkilatının nümayəndəsi Jan Willems ilə görüş keçirilmişdir.

İşçi seminar formatında təşkil olunmuş görüşdə Clearstream təşkilatının strukturu, fəaliyyət prinsipləri, beynəlxalq əməkdaşlıq kanalları və Azərbaycan qiymətli kağızlar bazarının sözügedən təşkilat vasitəsilə beynəlxalq kapital bazarlarına çıxış imkanlarından danışılmış və gələcəkdə Clearstreamda hesab açılması perspektivləri ətraflı müzakirə edilmişdir.

Seminarda həmçinin yerli investorlar tərəfindən xarici qiymətli kağızların əldə etməsi, eləcədə xarici investorların yerli bazarda iştirakının təşkil edilməsi, hesab açılması üçün tələb edilən sənəd mübadiləsi və hesab üzrə aparılan əməliyyat axınları kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha sonra seminarda beynəlxalq depozitar təşkilatlar vasitəsilə təklif edilən yeni xidmət növləri və onların perspektivləri, qlobal maliyyə bazarlarına inteqrasiya imkanlarının yerli bazara implementasiya ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, beynəlxalq bazarlara inteqrasiyanın təşviq edilməsi üzrə ixtisaslaşmış J.Willems Clearstream təşkilatın Bazarın inkişafı üzrə vitse prezidenti və MDB ölkələri üzrə qrupun rəhbəridir.

21.11.2017 - Arxivə qayitmaq
Son xəbərlər
25.10.2017Koreya Fond Birjasının əməkdaşları ilə görüş keçirilmişdir
12.09.2017Minsk şəhərində AMDA-nın XIV Beynəlxalq Konfransı keçirilmişdir.
27.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər
06.02.2017Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti Sədrinin birinci müavini təyin edilmişdir
16.12.2016Milli Depozit Mərkəzində Clearstream təşkilatının nümayəndəsinin iştirakı ilə seminar keçirilmişdir
15.12.2016Milli Depozit Mərkəzinin mərkəzi depozitar və klirinq-hesablaşma sistemi “Asan İmza” xidməti ilə inteqrasiya edilib
12.12.2016Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
31.10.2016Azərbaycan Beynəlxalq Bankının səhmdarlarına
01.04.2016Milli Depozit Mərkəzi müvəqqəti olaraq yeni ofisə köçüb.
18.02.2016Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarətsonrası və Nəzarət Sistemi istifadəyə verilmişdir
29.10.2015Milli Depozit Mərkəzinin təşkilati-hüquqi forması dəyişdirildi
01.10.2015MDM-də Raiffeisen Bank International–ın nümayəndələri ilə görüş keçirilmişdir.
07.09.2015Qiymətli kağızlar bazarı haqqında yeni qanun qüvvəyə minmişdir
02.07.20152015-ci ilin birinci yarımilliyi üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
02.04.20152015-ci ilin birinci rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
15.03.2015QKDK, MDM və BFB-nin nümayəndə heyətinin Koreya Birjasına işgüzar səfəri baş tutmuşdur.
25.02.2015Koreya Fond Birjasının nümayəndə heyətinin Bakıya işgüzar səfəri başlamışdır.
02.02.2015Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulma üzrə birinci mərhələni bitirmişdir.
30.12.2014MDM-in tarif cədvəlində dəyişikliklər edilmişdir
03.12.2014QKDK, BFB və MDM əməkdaşları üçün “Vaxt, iş və prioritetlərin idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
17.11.2014“MDM-də risklərin idarəedilməsi” mövzusunda təlim keçirilmişdir
03.11.2014“Korporativ tədbirin həyata keçirilməsi” mövzusunda təlim keçirilmişdir.
30.10.20142014-cü ilin üç rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
16.09.2014Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
08.09.2014Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının XI Beynəlxalq konfransı Bakıda keçirilmişdir.