Xəbərlər
2015-ci ilin birinci rübü üzrə MDM-in əməliyyat fəaliyyətinin nəticələri
2015-ci ilin birinci rübü üzrə “Milli Depozit Mərkəzi” QSC-nin əməliyyat nəticələri üzrə hesabat verilmişdir. Bu ilin 1 aprel tarixinə MDM-də saxlanılan aktivlərinin həcmi 16,7 mlrd. manat təşkil etmişdir.
MDM ilə bağlanılan müqavilələrin sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 38,5% azalaraq 8 müqavilə təşkil etmişdir.Yeni açılmış hesabların sayı keçən ilin birinci rübü ilə müqayisədə 95,2% artaraq 205 hesab sayısına çatmışdır.
Qeydiyyata alınmış emissiya əqdlərinin həcmi bu ilin üç ayı ərzində 62,6 mln. manat təşkil etmişdir. Bu isə keçən ilin birinci rübünə nisbətən qeydiyyata alınmış emissiya əqdlərinin həcminin 85% azalmasını göstərir. 2015-ci ilin üç ayında 41 emissiya əqdlərinin qeydiyyatı aparılmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış emissiya əqdlərinin 88% azalmasını nümayiş etdirir.
2015-ci ilin birinci rübündə qeydiyyata alınmış əqdlərin həcmi 598 mln. manat olmuşdur. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən qeydiyyata alınmış əqdlərin həcminin 297,7 mln. manat artımının göstəricisidir. Bu ilin üç ayı ərzində 1290 əqdin qeydiyyatı aparılmışdır ki, bu da keçən ilin üç ayına nisbətən 392 əqd və ya 43,6% artımı göstərir.Son xəbərlər