Xüsusi proqram təminatı Departamentinin Baş mütəxəssisi

İş barədə məlumat: 
· İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-dan 18:00-dək 
· Əmək haqqı: 1800 AZN  
İşçinin vəzifələri: 
· Proqram təminatının layihələndirilməsi, hazırlanması, test edilməsi 
· Proqram təminatının sənədlərinin hazırlanması 
· Texniki dəstəyin göstərilməsi 
Namizədə tələblər: 
· Kompyuter elmləri, kompyuter mühəndisliyi və ya əlaqəli bakalavr təhsili
· Minimum 2 il komanda ilə iş təcrübəsi 
· İşində məsuliyyətli olmaq 
Tələb olunan bilik və bacarıqlar: 
· OOP nəzəriyyəsini yaxşı bilmək 
· Web servislərində işləmə bacarığı 
· Java texnologiyalarını bilmək 
· SQL bilikləri 
· UML, BPML modelləşdirmə dillərini bilənlərə üstünlük verilir 
Maraqlananlar CV-lərini hr@mdm.gov.az ünvanına göndərə bilərlər. 

 

Risklərin idarə edilməsi Şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-dan 18:00-dək

Əmək haqqı: 850 AZN

Vəzifəyə olan tələblər:

Ali təhsil;

Risk menecment, komplayns və ya audit sahəsində iş təcrübəsi;

Mülki Məcəllə, Vergi məcəlləsi, Qiymətli kağızlar bazarı, Maliyyə monitorinqi, mühasibatlıq üzrə müvafiq qanunvericilikdən məlumatlı olmaq;

Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı;

Ofis proqramlarında işləmə bacarığı;

Kollektivdə ünsiyyət qurmaq bacarığı.

 

Vəzifə Öhdəlikləri:

Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə risk amillərinin müəyyən edilməsi və bu amillər üzrə dövrü yoxlamaların aparılması;

Yoxlamalar zamanı aşkar edilmiş şübhəli əməliyyatlar üzrə hesabatların hazırlanması, nöqsan və çatışmazlıq barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;

Risklərin müəyyənləşdirilməsi məqsədilə təsnifləşdirilməsi, risk xəritəsinin

tərtib edilməsi və aşkar edilmiş risklərin reyestrinin aparılması;

Təşkilat daxilində aparılan hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyələrin verilməsi;

Dövlətlər və müştərilər üzrə risk seqmentlərinin ayrılmasına dair təlimatın hazırlanması;

Maraqlananlar CV-lərini hr@mdm.gov.az ünvanına göndərə bilərlər.