Qiymətli Kağızlar Üzrə Xidmətlər Beynəlxalq Assosiasiyası
Qiymətli Kağızlar üzrə Xidmətlər Beynəlxalq Assosiasiyasının (ISSA) əsas məqsədi fond bazarlarında depozitar və hesablaşma fəaliyyətinin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. Assosiasiya özündə 47 ölkədən olan 100-dən artıq təşkilatı əhatə edir. Milli Depozit Mərkəzi 23 oktyabr 2008-ci il tarixində ISSA-nın üzvlüyünə daxil olmuşdur.