İNZİBATİ ŞÖBƏNİN MÜDİRİ

Elmar Fikrət oğlu Şirinzadə


Elmar Fikrət oğlu Şirin-zadə 1978-ci ildə anadan olmuşdur. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İstehsalat və xidmət sahələrinin İqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə tam kursu fərqlənmə ilə bitirmişdir. O, iş fəaliyyətinə 1999-cu il noyabr ayında Aqrar Sənaye bankında İqtisadçı vəzifəsində başlamışdır. 2001-ci ilin iyun ayından 2009-cu ilin sentyabr ayınadək “Azərbaycan Hava Yolları” QSC-nin müxtəlif sahələrində mühasib-təftişçi və aparıcı mühasib-təftişçi vəzifələrində çalışıb. 2009-cu ilin sentyabr ayından 2014-cü ilin oktyabr ayınadək biznes sahələrində çalışmışdır. 2014-cü ilin noyabr ayından 2016-cı ilin iyun ayınadək  Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində Əməliyyat departamentinin aparıcı mütəxəssisi, Müştəri Xidmətləri departamentində baş mütəxəssis vəzifələrində çalışıb. 2016-ci ilin iyun ayından Milli Depozit Mərkəzinin İnzibati şöbəsinin müdiri vəzifəsində çalışır.